"Türkiyədən ayrıldığım andan azarkeşlər, klub, ölkə üçün darıxıram. Fanatlar hələ də ürəyimdədi".
Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin "Bəyaz" TV kanalına açıqlamasında Qətərin "Əl-Qarafa” klubunun yarımmüdafiəçisi Uesli Sneyder deyib.
Holland futbolçu bir gün İstanbul klubuna dönəcəyini deyd edib: "Bir gün ya baş məşqçi, ya da futbolçu kimi "Qalatasaray"a qayıdacağam".
Qeyd edək ki, Sneyder 2013-2017 ci illərdə "Qalatasaray"ın formasını geyinib.
Fanat.Az