Terim bir daha "Qalatasaray"ı çalışdırmayacaq

Terim bir daha "Qalatasaray"ı çalışdırmayacaq

Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacağına eyham vurub.

Fanat.Az məlumatına görə, mütəxəssisin şəxsi "Twitter" hesabındakı paylaşım belə düşünməyə ciddi əsas verir.

Bu ay istefaya göndərilən çalışdırıcı "sarı-qırmızılar"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.

69 yaşlı futbol adamı fotolara "Qalatasaray"dakı ilk imzam və son imzam" cümləsini əlavə edib.

Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"ı çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər