Ole Qunnar Sulşer "Mançester Yunayted"dən ayrılsa da, qızı klubunun qadınlardan ibarət komandasında yer alır.
Fanat.Az xəbər verir ki, 19 yaşlı norveçli futbolçunun adı ötən gün “qırmızı şeytanlar”ın əsas komandasının iştirak ərizəsinə daxil olub.

"Mançester Yunayted" İngiltərə kubokunda "Brikuotor"la qarşılaşıb. Hücumçu Karna Sulşer ikinci hissədə meydana daxil olub. Oyun "Mançester Yunayted"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ole Qunnar və xanımı Silye qızlarının debüt matçını tribunadan izləyiblər.