Saşa Stamenkoviç: "Neftçi" mənə qalmağı təklif etdi"

Saşa Stamenkoviç: "Neftçi" mənə qalmağı təklif etdi"
"Neftçi" mənə qalmağı təklif etdi. Amma təklif etdikləri məbləğ buna razılaşmağa imkan vermirdi. Bu üzdən əksər legionerlər klubu tərk etməli oldu. Düzdü, onlardan bəzisi komandada qalmaqdadı. Lakin onlar klubla müqaviləsi olanlar idi". Fanat.az хəbər verir ki, bu sözləri "Neftçi"dən ayrılan Saşa Stamenkoviç deyib.
Serbiya mətbuatına müsahibə verən qolkiper "Neftçi"dən ayrılmasından, bu komandaya və Azərbaycana olan sevgisindən, eləcə də gələcək planlarından danışıb: "Neftçi" barədə danışmaq mənə çətindi. Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə ilk oyunda azarkeşlər mənim şəklim olan banner asmışdılar və üzərində "Saşa, qayıt" sözlərini yazmışdılar. Bu mənzərəni görəndə ürəyim parçalandı, gözlərim yaşla doldu. Çünki bu insanları çox sevirəm. Onlarla çox gözəl münasibətimiz var idi. Azərbaycanla Serbiya arasında xüsusi münasibət var. "Neftçi" və Azərbaycan xalqı həmişə ürəyimdə yaşayacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər