MPL: "İmişli" "Qarabağ"ı, "Şəfa" "Turan Tovuz"u qəbul edir

MPL: "İmişli" "Qarabağ"ı, "Şəfa" "Turan Tovuz"u qəbul edir

Bu gün Misli Premyer Liqasında 7-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutacaq.
“İmişli” meydan sahibi qismində Yevlaxda “Qarabağ”la üz-üzə gələcək. Saat 16:00-da start götürəcək qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
Son oyunda isə “Şəfa” “Turan Tovuz”la qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşdə ıdaləti Əli Əliyev qoruyacaq.
Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə (0:2) uduzub, “Sumqayıt” “Qəbələ”yə (4:1) qalib gəlib. “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
7-ci tur
11 oktyabr
16:00. “İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.
18:30. “Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər