"Spartak"ın hücumçusu Şamar Nikolsonun agenti Nenad Porteqa futbolçunun adının "Qalatasaray"la hallanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sportekspress" saytı menecerin dediklərini belə çatdırıb:
"Biz "Qalatasaray"la danışıqlar aparmırıq. Əminəm ki, "Spartak" da bunu etməyib. Çünki elə olsa, bizə məlumat verilərdi".
Emin