"Qalatasaray" ilginc bir transferə imza ata bilər. Fanat.Az "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul klubu Usayn Boltu heyətinə qatmaq istəyir.
Qaçış karyerasına son qoyan dünyanın ən məşhur atleti hər fürsətdə futbolçu olmaq istədiyini dilə gətirir. Bildirilir ki, "Qalatasaray" İdarə Heyətinin son iclasında bununla bağlı müzakirələr aparılıb. Boltun klubun marka dəyərinin artmasına kömək edəcəyini deyən bəzi klub rəsmiləri onun transferini istəyib. Lakin bəzi peşəkarlar buna qarşı çıxıb.
Fanat.Az