"Qalatasaray"dan Samir bombası

"Qalatasaray"dan Samir bombası

"Qalatasaray" Samir Nasrini heyətinə qata bilər. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

Həmkarlarımızın iddiasına görə, Fransa millisinin Əlcəzair əsilli futbolçusunu menecerlər "Qalatasaray"a təklif edib. İstanbul klubu Uesli Sneyderlə yollarını ayıracağı halda 29 yaşlı "10 nömrə"ni transfer edə bilər.

Qeyd edək ki, "Mançester Siti" Samiri 2011-ci ildə "Arsenal"dan 27,5 milyon avroya transfer edib. "Transfermarkt"ın 20 milyon avro qiymət qoyduğu futbolçu hazırda icarə əsasında "Sevilya"da çıxış edir. O, cari mövsümdə 29 rəsmi oyuna çıxaraq 3 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər