Tomaş Uyfaluşidən sonra bir çox futbolçuları gətirib oynatsa da illərdi müdafiədəki boşluğu doldura bilməyən "Qalatasaray” daha böyük gediş etmək niyyətindədi. Fanat.Az xəbər verir ki, "Aslanlar” tam adı Kepler Laveran Lima Fereyra olan "Real”ın müdafiəçisi Pepeyə elçi düşüb.
Mövsümün sonunda müqaviləsi bitən 34 yaşlı portuqaliyalı müdafiəçi "Real”dan ayrılacağını bildirmişdi. Bu üzdən "Qalatasaray”ın həm PEPE həm də onun meneceri ilə danışıqlara başladığı ortaya çıxıb. Rəhbərliyin 2 illik müqavilə imzalamaq istədiyi təcrübəli ulduzla görüşmələrinin müsbət nəticələndiyi bildirilir. Amma Pepenin ilə 4 milyon, üstəlik imzapulu kimi də eyni məbləğdə para istəməsi deylib. Qarşıdakı günlərdə rəhbərlik danışıqlar sayəsində qiyməti bir qədər də aşağı salmağa çalışacaq. Portuqaliyalı futbolçuya ABŞ və Çindən də təkliflər olduğu deyilir.
Fanat.Az