Doğma meydanda "Kasımpaşa"ya 2:3 hesabı ilə yenilən "Qalatasaray"da vəziyyət gərginləşib. Fanat.Az xəbər verir ki, əksər futbolçular kimi Bruma da baş məşqçi İqor Tüdordan narazıdı.
Bunun səbəb isə onun "Kasımpaşa" matçının 18-ci dəqiqəsində heç bir səbəb olmadan meydandan çıxarılması olub. İddialara görə, portuqaliyalı futbolçu oyundan sonra meneceri Katio Baldeyə "Tüdor gələn mövsüm də komandada qalacaqsa, mən yoxam" deyib.
Məlumatda bildirilir ki, bu həftə İstanbula gələrək klub rəhbərliyi ilə yeni müqavilənin detallarını müzakirə etməli olan menecer bu sözlərdən sona Türkiyə səfərini təxirə salıb. Onlar yeni müqavilə məsələsini mövsümün sonunadək təxirə salmaq qərarına gəlib.
Bu arada İqor Tüdorun Brumanı meydandan çıxartmasının səbəbi bəlli olub. İddiaya görə, baş məşqçi itirdiyi topun ardınca qaçmayan futbolçuya "Niyə geri gəlmirsən, bir az geri dön, müdafiəyə kömək et" deyə irad bildirib. Bruma isə ona "Çox danışırsan, bir az sus" cavabını verib.
Fanat.Az