"Qalatasaray"da 4-cü Fatih Terim dönəmi başlayır. Fanat.az xəbəp verir ki, bu barədə "Telegol" proqramına danışan şərhçi Serhat Ulueren deyib.
Şərhçi bildirib ki, baş məşqçi axtarışında olan "Qalatasaray" rəhbərliyi Fatih Terimlə anlaşıb.
"Qalatasaray"ın sabiq futbolçusu Ergün Penbe də verlişdəki açıqlamasında klubun prezidenti Dursun Özbeklə Fatih Terim arasında Qalatasaray adasında baş tutan görüşdə anlaşmanın əldə olunduğunu bildirib.
Qeyd edək ki, Fatih Terim bir neçə gün əvvəl verdiyi açıqlamasında hazırda bütün diqqətinin milli komanda olduğunu bildirsə də, "Qalatasaray"a dönə biləcəyinə işarə vurmuşdu: "Mən hazırda yalnız milli komandanı düşünürəs. "Qalatasaray"lıların da buna sayğı duyacaqları qədər məni və "Qalatasaray"ı sevdiklərini bilirəm. Mən "Qalatasaray"ın yaşayan əfsanələrindən biriyəm, keçmiş futbolçusu və baş məşqçisiyəm. Bəzi şeylər canımızı acıtsa da, klubumuza qarşı kapriz göstərəcək deyilik. Bizim işimiz fərdlərlə olar. Lazım olsa, klub rəhbərliyi ilə görüşərəm. Çıxıb hamıya da bunu deyərəm".
Qeyd edək ki, Fatih Terim bundan əvvəl 3 dəfə "Qalatasaray"ın baş məşqçisi olub (1996-2000, 2002-2004, 2011-2013). Komanda onun rəhbərliyi altında 6 dəfə Super Liqanın, 2 dəfə Türkiyə Kubokunun, 4 dəfə Super Kubokun, 1 dəfə UEFA Kubokunun qalibi olub.
Fanat.az