"Qalatasaray" Mirça Luçesku ilə danışıqlara başladı - RƏSMİ

"Qalatasaray" Mirça Luçesku ilə danışıqlara başladı - RƏSMİ
"Qalatasaray" Mirça Luçesku ilə danışıqlara başlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbək açıqlama verib.
"Lig TV"yə müsahibə verən klub rəhbəri rumın mütəxəssislə danışdıqlarını bildirib: "Luçesku ilk seçimimizdi, onu "Qalatasaray"da görmək istəyirik. Telefonla danışdıq, zaman istədi. Təbii ki, onunla görüşümüz olacaq".
Dursun Özbək Fatih Terimin "Qalatasaray"a dönmək ehtimalı ilə bağlı da danışıb: "Fatih hoca "Qalatasaray"ın əfsanələrindən biridi. Hazırda iş başında olması "Qalatasaray"ın şanssızlığıdı. Fatih Terimi kim istəməz ki? Avropa çempionatından öncə onunla görüşməyin yalnış qərar olduğunu düşünürəm".
Qeyd edək ki, Mirça Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışdırıb. Komanda onun rəhbərliyi alında UEFA Super Kubokunu və Türkiyə çempionluğunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər