İngiltərə mətbuatı "Qalatasaray"la bağlı sürpriz iddia səsləndirib. Fanat.Az xəbər verir ki, həmkarlarımız İstanbul klubunun "Arsenal"dan Danni Uelbeki transfer etmək istədiyini yazıb.
İddiaya görə, "Qalatasaray" ingilislərə bu futbolçu üçün 19 milyon avro təklif edəcək. Transferin "Arsenal"ın baş məşqçisi Vengerin komandadakı gələcəyinə bağlıdı. Fransız mütəxəssis komandada qalsa, rəhbərlik Qana əsilli ingiltərəli futbolçunun getməsinə icazə verəcək.
Danni Uelbek "Arsenal"da illik 4 milyon maaş alır. "Qalatasaray"ın da ona bu məbləği təklif edəcəyi deyilir.
Qeyd edək ki, Danni Uelbek "Arsenal"a 2014-cü ildə "Mançester Yunayted"dən 20 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 26 yaşlı hücumçuya 17 milyon avro qiymət qoyub.
Cari mövsümdə heyətə düşməyə çətinlik çəkən Danni Uelbek 18 rəsmi oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, klub karyerası ərzində bütün uğurlarını "Mançester Yunayted"lə qazanıb. 26 yaşlı hücumçu Premyer Liqanın (2012/13 mövsümü), Liqa Kubokunun (2008/09 və 2009/10). İngiltərə Super Kubokunun (2011, 2013) və klublarası dünya çempionatının (2008) qalibi olub.
O, 2011-ci ildən İngiltərənin əsas millisinə dəvət alır. Bu müddətdə 34 oyuna çıxıb və 4 qol vurub.
Fanat.Az