"Qalatasaray" ulduzunu 15 milyon avroya satdı

"Qalatasaray" ulduzunu 15 milyon avroya satdı
Kristian Luyindama "Qalatasaray"dan ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. İngilis mediasının iddiasına görə, "Vulverhempton" 26 yaşlı futbolu üçün "Qalatasaray"a 15 milyon avro ödəməyə razılıq verib.
"Aston Villa" və "Everton"dan da təklif alan Luyindama "Vulverhempton"a keçməyə razılıq verib.
Qeyd edək ki, "Qalatasaray" Luyindamanın transfer hüququnu ötən yay Belçikanın "Standard" klubundan 5 milyon avroya alıb. Cari mövsümdə 15 oyuna çıxan konqolu futbolçu zədə səbəbindən ötən ilin noyabrından oynamır.
Onu da qeyd edək ki, "Vulverhempton"da millimizin üzvü Renat Dadaşov da çıxış edir. Futbolçumuz hələ əsas komandada debüt etməsə də, U-23 komandasında keçirdiyi 5 matçda 3 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər