"Qalatasaray"ın ulduzuna Yaponiyadan təklif

"Qalatasaray"ın ulduzuna Yaponiyadan təklif
Mövsümün əvvəlində komandadan göndərilməsi gündəmdə olsa da, istənilən təklif gəlmədiyindən heyətdə saxlanılan və Radamel Falkaonun zədələnməsndən sonra əsas heyətdə yerini möhkəmləndirən Mbaye Diagneyə təklif var.
Fanat.Az xəbər verir ki, son 3 matçda 5 qol vuran seneqallı futbolçunu Yaponiyanın "Vissel Kobe" klubu heyətinə qatmaq istəyir. Bundan əvvəl "Qalatasaray"dan Lukas Podolskini transfer edən yaponlar İstanbul klubu ilə isti münasibətlərindən yararlanaraq bu keçidi qışda həll etmək istəyr.
Qeyd edək ki, 2019-cu ilin qışında "Kasımpaşa"dan 13 milyon avroya "Qalatasaray"a transfer olunan Diagne cari mövsümdə forma geyindiyi 13 rəsmi matçda 7 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər