"Qalatasaray"ın qış planları

"Qalatasaray"ın qış planları

"Qalatasaray"ın qış üçün planları bəlli olub. 

Fanat.Az "A Spora" istinadən xəbər verir ki, komandanın təcrübəli futbolçusu Rayan Babelin qış "transfer pəncərəsi"ndə gedəcəyi gözlənilir. 

"Parma"nın rumın futbolçusu Dennis Manın meneceri Covanni Becali İstanbula səfər edib. "Qalatasaray" rəsmiləri ilə görüşdə transfer danışıqlarının aparıldığı bildirilib.Covanni səfər zamanı klubun Avropa Liqası çərçivəsində "Marsel"lə (4:2) oyununu da izləyib. 

"Sarı-qırmızılar" heyətə yeni qapıçı almağı da planlaşdırır. Rəhbərlik bir müddətdir yaxından izlədiyi “Göztepe”nin qapıçısı İrfan Can Eğribayıtı qış heyətinə qatmaq üçün təklif hazırlayır. Keçid baş tutarsa, İstanbul təmsilçisində uzun müddət qapıçı probleminin yaşanmayacağı gözlənilir.

Xatırladaq ki, "Qalatasaray" cari mövsüm Türkiyə Superlliqasında 21 xalla 8-ci pillədə qərarlaşıb.

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər