“Qalatasaray”ın prezidenti Fatih Terimin istefasını qəbul etmədi

“Qalatasaray”ın prezidenti Fatih Terimin istefasını qəbul etmədi
"Qalatasaray”ın baş məşqçisi Fatih Terim istefa verib. Fanat.Az xəbər verir ki, bu barədə "TRT Spor”a klubun yeni prezidenti Mustafa Cengiz açıqlama verib.
Prezident bildirib ki, baş məşqçi hörmət əlamət olaraq istefa verib: "Fatih Terim mənə hörmət əlamti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Fatih Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimizlə davam edəcəyik".
Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbek idi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər