“Qalatasaray”ın məşqçisi Albert Riera klubdan ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı ispaniyalı mütəxəssis özü yayıb.
“2011-ci ildə futbolçu kimi bu böyük kluba gəldim və 11 ildən sonra məşqçi kimi ayrılıram. İndi sizdən öyrəndiklərimi başqa yerdə sınamağın vaxtı gəldi. Özümü təcrübəli və hazır hiss edirəm. Bir gün yenidən görüşəcəyimizə əminəm. “Qalatasaray”ın bir parçası olmaqdan qürur duyuram və hər zaman sizin üçün ən yaxşısını arzulayıram. Bunun vida olmadığını bildiyim üçün üzülmürəm. Tezliklə görüşənədək”, - deyə Riera sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Riera həm də "Qalatasaray"in keçmiş futbolçusu olub. 80 matçda meydana çıxan ispan 4 qol vurub və 10 məhsuldar ötürmə edib.