"Qalatasaray"ın kapitanı karyerasını bitirdi - Yeni iş yeri açıqlandı

"Qalatasaray"ın kapitanı karyerasını bitirdi - Yeni iş yeri açıqlandı
"Qalatasaray”ın kapitanı Səlcuk İnan futbolçu karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu haqda futbolçu özü dünən "Goztəpə”yə qarşı matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
35 yaşlı Səlcuk İnan bundan sonra "Qalatasaray”ın məşqçilər korpusunda yer alacaq. Baş məşqçisi Fatih Terim mətbuat konfransında təsdiq edib ki, veteran futbolçu onun köməkçisi olacaq.
Qeyd edək ki, Səlcuk İnan kareyarasına "Dardanelspor"da başlayıb (2002-2005). Ardınca "Manisaspor"da çıxış edən (2005-2008) yarımmüdafiəçi 2008-ci ildə 2 milyon avro qarşılığında "Trabzonspor"a transfer olunub. 2011-ci ildə Qara dəniz klubu ilə müqaviləsi başa çatan futbolçu "Qalatasaray"a transfer olunub və həmin vaxtdan İstanbul təmsilçisinin fomasını geyinib.
Səlcuk İnan "Trabzonspor"la bir dəfə Türkiyə Kubokunu və Super Kubokunu qazanıb. "Qalatasaray"ın heyətində isə 5 dəfə Super Liqanın, 4 dəfə ölkə kubokunun, 5 dəfə Türkiyə Super Kubokunun qalibi olub.
Türkiyənin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Səlcuk İnan 2007-ci ildən dəvət aldığı A Millidə 61 oyun keçirərək 8 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər