"Qalatasaraydan yayda ayrılıram, planım vətənimə qayıtmaqdı"

"Qalatasaraydan yayda ayrılıram, planım vətənimə qayıtmaqdı"

"Qalatasaray”ın müdafiəçisi Mariano vətəniBraziliyaya dönəcəyini deyib.
Fanat.Az xəbər verir ki, 33 yaşlıfutbolçu Türkiyə klubundan ayrılmaq istədiyini "Fox Brasil” nəşrinə açıqlamasında söyləyib:
"Braziliyaya qayıtmaqda qərarlıyam. Ölkəmə dönməyi həqiqətən çox istəyirəm. Ailəm də eyni düşüncədədi. Amma indi olduğum yerdə də məmnunam. Son 10 oyunda 5 məhsuldar ötürmə vermişəm. Bu, "Qalatasaray”da keçirdiyim ən yaxşı dönəmdi. Deyərdim ki, daha dörd il oynaya biləcək fiziki gücə sahibəm. Braziliyadakı bəzi klublarla danışıq aparmışam. Adlarını bir-bir açıqlamaq etik baxımdan düzgün olmaz”.
Mariano təklif aldığı klublardan birinin "Flamenqo” olduğunu gizlətməyib: "Onlar Rafinyanı transfer etməzdən öncə mənə təklif göndərmişdilər. Amma sonradan Rafinyanı transfer etməyə qərar verdiklərini bildirdilər. Mən də "problem yoxdu, Türkiyədə xoşbəxtəm” dedim”.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı Marianonun "Palmeyras”la razılığa gəldiyini yazmışdı. "Cim-bom”un bu transferdən 1 milyon avro qazanacağı bildirilir.
Türkiyə çempionu ilə olan sözləşməsinin müddəti yayda bitəcəkMariano bu mövsüm Superliqada 15 oyunkeçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər