"Qalatasaray" Bafetimbi Qomisi satıb. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, maliyyə vəziyyəti yaxşı olmayan klubu Çindən gələn təklifi qəbul edib. "Qalatasaray" bu transferdən 9 milyon avro qazanacaq. Qomisi transfer edən klubun adı açıqlanmasa da, keçidin yaxın günlərdə açıqlanacağı deyilir. Futbolçu özü isə Çində illik 7 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Qalatasaray" Qomisi yayda "Suonsi"dən 2,5 milyon avroya almışdı. Seneqal əsilli forvard İstanbul klubunda keçirdiyi 24 rəsmi oyunda 18 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransa millisinin sabiq üzvü əvvəllər bu ölkənin "Sent-Etyenn", "Troya", "Lion" və "Marsel" klublarında çıxış edib.
Fanat.Az