"Qalatasaray"dan növbəti "bomba"

"Qalatasaray"dan növbəti "bomba"

"Qalatasaray" yay transfer pəncərəsindən yararlanmağa davam edir.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın "Reyncers" klubundan 26 yaşlı yarımmüdafiəçi Qlen Kamaranı heyətinə qatmaq istəyir.

Bunun üçün "sarı-qırmızılar" Qlazqo təmsilçisinə 7 milyon funt-sterlinq ( 8,2 milyon avro) təklif edib.

Qeyd edək ki, bir neçə gün əvvəl "aslanlar" 2,8 milyon avroya türkiyəli müdafiəçi Abdulkerim Bardakçı, 3 milyon avroya "Roma"nın sabiq portuqaliyalı yarımmüdafiəçisi Serju Oliveyra və 2 milyon avroya tanınmış isveçrəli futbolçu Haris Seferoviçi heyətinə qatıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər