"Qalatasaray” Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gələrək bir anda bütün müsəlmanların sevimlisinə çevrilən dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovu İstanbula dəvət edəcək.
Fanat.Az xəbər verir ki, "Qalatasaray” forması ilə çəkdiyi şəkilləri dəfələrlə paylaşan dağıstanlı idmançı oktyabrın 24-də Çempionlar Liqasının III turu çərçivəsində "Türk Telekom Arena”da Almaniyanın "Şalke 04” klubu ilə keçiriləcək matça dəvət ediləcək.
Fanat.Az