"Qalatasaray"dan daha bir "bomba" - Tərəflər razılaşdı

"Qalatasaray"dan daha bir "bomba" - Tərəflər razılaşdı

"Qalatasaray" London "Arsenal"ının yarımmüdafiəçisini transfer etmək üzrədir. 

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi "topçular"ın 26 yaşlı futbolçusu Lukas Torreyranı heyətinə qatmağı planlaşdırır.

İnformasiya tanınmış insayder Fabritsio Romanoya məxsusdur.

Xəbərə görə, klublar öz aralarında keçidlə bağlı razılığa gəlib və hazırda "sarı-qırmızılar" uruqvaylı futbolçunun son qərarını gözləyir.

Xatırladaq ki, Torreyra ötən mövsümü icarə əsasında "Fiorentina"da keçirib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər