"Qalatasaray"da şok itki: 5-6 həftə oynamayacaq

"Qalatasaray"da şok itki: 5-6 həftə oynamayacaq
"Qalatasaray" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın əsas futbolçularından Yunes Belhanda sıradan çıxıb.
Mərakeşli yarımmüdafiəçi "Kasımpaşa" ilə oyunda Veysəl Sarı ilə toqquşub və çənəsində iki sınıq əmələ gəlib. "10 nömrə" dünən əməliyyat olunub. 
Belhanda bu səbəbdən 5-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun Çempionlar Liqasında "Brügge" və PSJ, Super Liqada isə "Yeni Malatyaspor", "Fənərbaxça" və "Gənclərbirliyi" matçlarını buraxacağı dəqiqdi. 
Qeyd edək ki, cari mövsümdə 4 rəsmi matça çıxan mərakeşli futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər