Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Kasımpaşa” - “Kayserispor” matçında qonaqlar qələbə qazanıblar. “Alanyaspor” evdə “Qaziantep”ə, “Sivasspor” isə səfərdə “Fatih Karagümrük”ə böyük hesabla uduzub.
Son çempion “Qalatasaray” da səfərdə “Hatayspor”a məğlub olub. İstanbul təmsilçisi cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Hatay təmsilçisinin heyətində 88 dəqiqədə meydanda olub.
Türkiyə Super Liqası 12-ci tur 10 noyabr
Ankaragücü – Antalyaspor 0:4 Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.
Trabzonspor – Konyaspor 2:1 Qollar: Onuaçu, 59; 85 – Prip, 77.
11 noyabr
Kasımpaşa – Kayserispor 3:4 Qollar: Fall, 36. Da Kosta, 50. A.Kara, 74-pen – Karimi, 12. S.Çiftpınar, 27-öz qapısına. Morte, 45. Tiam, 47.
Alanyaspor – Qaziantep 0:3 Qollar: Maksim, 45+6-pen. Draquş, 45+9. Riaskos, 90+5.
Fatih Karagümrük – Sivasspor 3:0 Qollar: Eysserik, 42. G.Yalçın, 79. S.Dursun, 86.
Hatayspor – Qalatasaray 2:1 Qollar: Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.
12 noyabr
14:30. Pendikspor – Samsunspor 17:00. Beşiktaş – Başakşəhər 17:00. Rizəspor – İstanbulspor 20:00. Adana Dəmirspor - Fənərbaxça