"Qalatasaray" yeni hücumçusunu Avroliqada oynatmayacaq

"Qalatasaray" yeni hücumçusunu Avroliqada oynatmayacaq
"Qalatasaray" və "Fənərbaxça" Avropa Liqasının 1/16 final mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, hər iki klub siyahıya 3 yeni futbolçu əlavə etmək hüququndan yararlanıb.
"Qalatasaray" yeni transferləridən müdafiəçilər - Kristian Luyindama və Marsaonu, həmçinin hücumçu Mbaye Diagneni sifariş edib. Digər hücumçu Kostas Mitroğlunun adı isə siyahıya salınmayıb.
"Fənərbaxça" isə yeni transferlərdən Sadık Çiftpınar, Viktor Moses və Tolqay Arslanı sifariş edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər