“Qalatasaray” yenə darmadağına sevindi

“Qalatasaray” yenə darmadağına sevindi

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Sivasspor” - “Adana Dəmirspor” matçında qonaqlar qələbə qazanıblar. “Ankaragücü” də evdə “Qaziantep”ə məğlub olub. Səfərdə “Hatayspor”la qarşılaşan son çempion “Trabzonspor” turu məğlubiyyətlə başa vurub. “Antalyaspor” - “Ümraniyəspor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Girəsunspor”un qonağı olan “Qalatasaray” isə darmadağına sevinib.

Türkiyə Super Liqası 21-ci tur 27 yanvar

Beşiktaş – Alanyaspor 3:0 Qol: C.Tosun, 20-pen; 50. D.Alli, 59.

28 yanvar

Sivasspor – Adana Dəmirspor 1:2 Qol: Kofi, 63 – E.Akbaba, 41. Akintola, 56.

Ankaragücü – Qaziantep 0:2 Qol: Djibolodji, 47. Fiqeyredo, 90+7.

Hatayspor – Trabzonspor 2:1 Qol: El Kaabi, 47. B.Yıldırım, 50 – Bardi, 9.

Antalyaspor – Ümraniyəspor 3:2 Qol: Larsson, 38. G.Vural, 48. Fredi, 90+3 – U.Nayir, 33. O.Ayık, 56.

Girəsunspor – Qalatasaray 0:4 Qol: Mertens, 45+3. Dubua, 60. Raşiça, 88. Y.Akgün, 90+5.

29 yanvar

14:30. İstanbulspor – Kayserispor 17:00. Başakşəhər – Konyaspor 20:00. Fənərbaxça – Kasımpaşa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər