"Qalatasaray" sabiq ulduzu ilə 1,5 illik anlaşdı

"Qalatasaray" sabiq ulduzu ilə 1,5 illik anlaşdı

"Qalatasaray” sabiq hücumçusu Bafetimbi Qomisi heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi 2017/2018 mövsümündə formasını geyinmiş 36 yaşlı hücumçu ilə 1,5 illik anlaşıb. 

"Sarı-qırmızılar"ın Bafetimbini rənglərinə bağladığını yaxın vaxtlarda rəsmən açıqlayacağı gözlənilir.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, Qomis Super Liqanın qalan bölümü üçün "Qalatasaray”dan 650 min avro zəmanətli qonorar alacaq.

Bundan başqa, fransalı forvard çempionatın ikinci yarısında 10 qol vuracağı halda, müqaviləsinin müddəti avtomatik olaraq daha 1 il uzadılacaq.

Qeyd edək ki, Qomisin son klubu "Əl-Hilal" olub. O, 2018-ci ildə keçdiyi Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini qalmaqallı şəkildə pozandan sonra azad agent statusu daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər