Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.
“Alanyaspor” – “Sivasspor” matçında qonaqlar qalib gəliblər. “Adana Dəmirspor” da evdə “Konyaspor”u böyük hesabla məğlub edib. Adana təmsilçisinin şərəfini qoruyan Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunda sonadək ehtiyatda qalıb.
Çempion “Qalatasaray” isə səfərdə “Rizəspor”dan güclü olub.
Türkiyə Super Liqası 10-cu tur 27 oktyabr
Hatayspor – Kayserispor 1:2 Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.
Kasımpaşa – İstanbulspor 3:1 Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.
28 oktyabr
Alanyaspor – Sivasspor 1:2 Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.
Adana Dəmirspor – Konyaspor 3:0 Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.
Rizəspor – Qalatasaray 0:1 Qol: S.Oliveyra, 68.
29 oktyabr
17:00. Fatih Karagümrük – Trabzonspor 20:00. Ankaragücü – Samsunspor 20:00. Antalyaspor – Başakşəhər 20:00. Pendikspor – Fənərbaxça
30 oktyabr
21:00. Beşiktaş – Qaziantep