"Qalatasaray" ispandan canını qurtara bilmir - SON DURUM

"Qalatasaray" ispandan canını qurtara bilmir - SON DURUM

"Qalatasaray"ın futbolçusu Anxelinyo İstanbul klubu ilə qalmaqal yaşayır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb 

Mənbənin məlumatına görə, "aslanlar" yayda transfer etdiyi ispaniyalı müdafiəçinin icarə müqaviləsinə xitam vermək istəsə də, klubu "Leyptsiq" bununla razılaşmayıb. Buna görə Anxelinyo mövsümün qalan hissəsini tribunadan izləyərək keçirəcək.

Qeyd edək ki, cari mövsüm Türkiyə nəhənginin forması ilə bütün turnirlərdə 19 matça çıxan Anxelinyo 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" tam adı Xose Anxel Esmoris Tasende olan futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər