“Qalatasaray” 2022-ci ili zirvədə tamamladı

“Qalatasaray” 2022-ci ili zirvədə tamamladı

Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Girəsunspor” - “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Sivasspor”la qarşılaşan “Qalatasaray” da 2022-ci ili qələbə ilə başa vurub. “Beşiktaş” isə doğma meydanda “Adana Dəmirspor”u minimal hesabla yenib.

Hazırda 33 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 32 xalla ikincidirsə, üçüncü pillədəki “Başakşəhər”in 30 xalı var. “Adana Dəmirspor” 27 xalla dördüncüdür. “Beşiktaş”la “Trabzonspor”un isə 26 xalı var.

Türkiyə Super Liqası 16-cı tur 27 dekabr

Ankaragücü – Ümraniyəspor 1:2 Qol: G.Zahid, 2 – Avunu, 9; 55.

Başakşəhər – Antalyaspor 2:0 Qol: D.Türüç, 57. Aleksiç, 66.

Fənərbaxça – Hatayspor 4:0 Qol: Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.

28 dekabr

Alanyaspor – Kayserispor 3:1 Qol: Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.

İstanbulspor – Kasımpaşa 2:1 Qol: Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.

Fatih Karagümrük – Trabzonspor 4:1 Qol: Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.

29 dekabr

Girəsunspor – Qaziantep 2:1 Qol: Serjinyo, 24. Bayiç, 90+5 – Veliu, 51.

Sivasspor – Qalatasaray 1:2 Qol: E.Yeşilyurt, 80 – Mertens, 27. B.Yılmaz, 90+5.

Beşiktaş – Adana Dəmirspor 1:0 Qol: Masuaku, 14.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər