"Qalatasaray" 150 milyon avroluq satışa hazırlaşır

"Qalatasaray" 150 milyon avroluq satışa hazırlaşır
Maliyyə böhranında olan "Qalatasaray"ın rəhbərliyi vəziyyətdən çıxış yolu tapıb.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul klubu ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"nın ad hüququnu satmaqla vəziyyəti düzəltməka istəyir.
10 ildi stadiona sponsorluq edən Türk Telekomla müqavilə başa çatır. "Qalatasaray" qarşıdakı 10 il üçün sponsorluq haqqını 150 milyon avro müəyyənləşdirib və sponsor şirkətə məlumat verib. Amma hələ Türk Telekom qərarını açıqlamayıb.
Bu səbəbdən klub rəhbərliyi Çin və ərəb ölkələrinin böyük şirkətləri ilə təmaslara başlayıb. Prezident Mustafa Çingiz qış asiləsinə qədər müqavilə imzalayıb, yeni transferlər üçün maliyyə mənbəyi formalaşdırmaq istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər