"Barselona" MY-nin 150 milyon avroluq təklifinə "yox" dedi

"Barselona" MY-nin 150 milyon avroluq təklifinə "yox" dedi
"Mançester Yunayted" "Barselona"nın vingeri Anssumane Fatinin xidmətində maraqlıdı.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, MY "Barselona"ya 150 milyon avro təklif etsə də, "yox" cavabı alıb. Fatinin təzminat məbləği 170 milyon avro təşkil edir.
"Qırmızı şeytanlar"la yanaşı, "Nyukasl", "Monako", "Nitsa" və Dortmund "Borussiya"sı da 17 yaşlı futbolçunu transfer etməyə çalışır.
Daha öncə katalon klubu "Yunayted"in Fatiyə görə göndərdiyi 100 milyon avroluq təklifi rədd etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər