Mustafa Cengiz yenidən “Qalatasaray”ın prezidentliyinə namizəd olacaq?

Mustafa Cengiz yenidən “Qalatasaray”ın prezidentliyinə namizəd olacaq?
"Qalatasaray”ın prezidenti Mustafa Cengiz növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.
Fanat.Az-ın məlumatına görə, klub rəhbəri səhhətində ciddi problemlər yaranmasına baxmayaraq, postunda qalmaqda qərarlıdır.
İdarə Heyətinin istefa verməsini istədiyi tam fərqli addım atıb. Bununla "cim-bom”da prezidentliyə namizədlərin sayı 5-ə yüksəlib. Mustafa Cengizə qədər Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu da iddiasını ortaya qoyub.
"Sarı-qırmızılılar”ın vitse-prezidentləri Abdürrahim Albayrak və Yusuf Günay isə sabiq prezident Dursun Özbəkə namizəd olmağı təklif edib. Onların fikrincə, iyunda ödənilməli olan 300 milyon lirəlik borcu yalnız Özbək qarşılaya bilər.
Qeyd edək ki, "Qalatasaray”da prezident seçkiləri mayın 29-da keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər