Rumıniyalı məşqçi Mirça Luçesku "Qalatasaray"a gələ bilər. Fanat.az xəbər verir ki, bu haqda "Qalatasaray"ın Konqres üzvü Ali Fatinoğlu Orkun Yazqanın aparıcısı olduğu "Başka Futbol Yok" proqramında deyib:
"Renat Əhmədovun şirkəti pis durumdadır. Bir iş yerinin iqtisadi durumu yaxşı olmazsa, futbola da büdcə ayıra bilməz. Ukrayna daxilində müharibə qarışıqlığı davam edir. Üstəlik, məhdudlaşdırılmış büdcə olarsa, Luçeskunun ayrılma zamanı gəlmişdir deməkdir. Dəmir sektorunda hazırda bütün dünyada bazalar müsbət deyil, hasilat miqdarı aşağıya endirilib. Bu günədək edilən təkliflərə Əhmədov "dayan" deyirdi, Luçeskunu qalması üçün razı salırdı. Bu dəfə bu gücü yoxdur... Luçesku 99% ordan ayrılacaq və böyük ehtimalla, "Qalatasaray"a gələ bilər. Bu durumu "Beşiktaş" dəyərləndirə bilməz. Çünki uğur var, Şenol Günəşlə yolları ayırmazlar. "Fənərbaxça" Pereyra ilə davam edəcəkmi, bilmirəm. Amma Luçesku "Fənərbaxça"ya gəlməyə bilər".
Qeyd edək ki, rumıniyalı məşqçi Mirça Luçesku 2002-ci ildə "Qalatasaray"a, 1 il sonra isə "Beşiktaş"a Türkiyə çempionluğu qazandırıb. O, 2000-ci ildə "Qalatasaray"la UEFA Super Kubokunu da başı üzərinə qaldırıb.
Fanat.az