Türkiyə Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Antalyada keçirilən final qarşılaşmasında "Qalatasaray"la "Fənərbaxça" qarşılaşıb.
Oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 31-ci dəqiqədə Lukas Podolski imza atıb.
Beləliklə, "Qalatasaray" UEFA tərəfindən kəsilmiş bir mövsümlük avrokuboklarda iştirak qadağasını başa vurmuş olub. 2016/17 mövsümündə Avropaya gedə bilməyəcək klub cəzasını çəkmiş olacaq.
Qeyd edək ki, "Qalatasaray" tarixində 17-ci dəfə Türkiyə Kubokunu qazanıb. Bu, turnirin tarixində rekord göstəricidi.
Fanat.az