Çinlilər "Qalatasaray"ı almaq istəyir - 3,2 milyardıq sərvət

Çinlilər "Qalatasaray"ı almaq istəyir - 3,2 milyardıq sərvət

Çinli iş adamı "Qalatasaray"ı satın almaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbək məlumat verib.

Lakin o, "Qalatasaray"ın satılmayacağını bildirib: "Rəsmi olaraq kluba təklif gəlməyib. Amma şeyri-rəsmi müraciət ediblər. Deyirlər ki, "Qalatasaray"ın səhmlərini satsaq klub inkişaf edəcək, dünya klubu olmaq üçün bunun vacibolduğunu bildirirlər. Amma mənim fikrim qətidi. "Qalatasaray"ın bir zərrəsini belə satmaram. Bu klub 1905-ci ildə "Qalatasaray"lılar tərəfindən qurulub və Türkiyənin ən önəmli markasıdı. Bu gün klubun 30 milyon azarkeşi var. Və "Qalatasaray" bu formada qalmaq məcburiyyətindədi. Bir zərrəsini, bir damlasını belə satmaram. Mən "Qalatasaray"ı satmaq üçün deyi, yaşatmaq üçün burdayam".  

Dursun Özbək "Qalatasaray"ı satın almaq istəyən iş adamının adını açıqlamasa da, artıq Türkiyə mediası onun kimliyini müəyyənləşdirib. İddialara görə, bu 3,2 milyard dollar sərvəti olan Çinin 43-cü ən varlı adamı Zu Xinqlianqdi. 

Məlumata görə, vasitəçi Türkiyə-Çin İş Adamları Dərnəyinin başqanı Kemal Koçak olub. O, dostları vasitəsi ilə klubun əsas simalarına təklifi çatdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər