Növbəti mövsüm üçün hazırlıqlara başlayan "Qalatasaray" klubu Ermənistanın gənc futbolçusu Vahan Bıçakçıyanı heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, hətta İstanbul klubunun 19 yaşlı futbolçunu 2016-cı ildən izlədiyi bildirilib.
Lakin Ermənistanm tərəfindən məsələyə maraqlı şərh gəlib.
Bıçakçıyanın çıxış etdiyi "Şirak" klubundan "MediMax"a verilən məlumata görə, "Qalatasaray"dan onlara heç bir təklif gəlməyib. Təklif gələcəyi təqdirdə futbolçunun və komandanın türk klubuna razılıq verməyəcəyi bildirilib.
Qeyd edək ki, Vahan Bıçakçıyan gələcək vəd edən 50 futbolçu sırasına düşüb.
Fanat.Az