Çempionluq "Qalatasaray"a nə qədər qazandırdı? - MƏBLƏĞ

Çempionluq "Qalatasaray"a nə qədər qazandırdı? - MƏBLƏĞ
Türkiyə Super Liqasında 2017/18 mövsümünü birinci pillədə başa vuran "Qalatasaray"ın çempionluğa görə qazandığı məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, klub mövsüm ərzində qazandığı hər qələbəyə görə 670 (24 qələbə) və hər heç-heçəyə görə 335 min dollar (3 heç-heçə) bonus alacaq. Qələbə və heç-heçələrə görə "Qalatasaray"a 17 milyon 85 min dollar alacaq.
Çempionluğa görə kluba 8 milyon 900 min dollar ödəniləcək. Bunun üzərinə keçmiş illərdə qazanılan çempionluqların bonusu da əlavə olunacaq. 
"Qalatasaray" ölkə çempionu olduğuna görə birbaşa Çempionlar Liqasının qrup mərhəsinə vəsiqə qazanıb. UEFA növbəti mövsümdən etibarən bir nömrəli klub turnirində mükafatların məbləğini artırıb. Yeni qaydalara əsasən qrupa vəsiqə qazanan hər klub 15 milyon avro alacaq. Qrupdakı hər oyuna görə klublara 550 min veriləcək. Bu da o deməkdi ki, hər klub ən azı 3 milyon 3 min avro əldə edəcək. Qrupdakı hər qələbəyə 2 milyon 7 min avro, heç-heçəyə 900 min avro veriləcək.
Çempionluğun rəsmiləşməsindəq sonra "GS Store" mağazalarına maraq da artırıb. Klubun yaxın vaxtlarda mağazalardan 20 milyon lirə qazanması gözlənilir. Loja və kombine kartlarından da 80 milyon lirə gəlir əldə edilməsi planlaşdırılır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər