Diniyev və komandası üçün “Qalatasaray”

Diniyev və komandası üçün “Qalatasaray”

Türkiyə Kubokunda 5-ci raundun püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşk nəticəsində azərbaycanlı futbolçuların komandalarının da növbəti rəqibləri müəyyənləşib.

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Ərzincanspor”la üz-üzə gələcək. Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u növbəti turda “Sakaryaspor”la görüş gözləyir. Coşqun Diniyevin komandası – “Ümraniyəspor”in bəxtinə isə daha güclü rəqib - “Qalatasaray” düşüb.

5-ci mərhələnin oyunları 9-11 yanvar aralığında keçiriləcək.

Türkiyə Kuboku 5-ci təsnifat mərhələsi 9-10-11 yanvar

Beşiktaş - Eyüpspor Qalatasaray - Ümraniyəspor Fənərbaxça - Adanaspor  Trabzonspor - Manisa Fatih Karagümrük - Kırklarelispor Başakşəhər - Boluspor Alanyaspor - Samsunspor Sivasspor - Keçiörengücü Qaziantep - Bodrum Ankaragücü - Rizəspor Hatayspor - Sakaryaspor Antalyaspor - Pendikspor Kasımpaşa - Bandırmaspor Kayserispor - Gənclərbirliyi Konyaspor - Göztəpə Adana Dəmirspor - Ərzincanspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər