İdman Arbitaj Məhkəməsi "Qalatasarayla bağlı qərarını verib. Fanat.az xəbər verir ki, bu barədə İstanul klubu rəsmi açıqlama yayıb.
"UEFA Maliyyə Nəzarəti Komitəsinin (CFCB) klubumuzu 2012/13, 2013/14 və 2014/15 mövümlərində maliyyə kriteriyalarına uymadığı üçün bir il müddətinə UEFA yarışlarından kənarlaşdırması barədə qərarından verdiyimiz şikayət İdman Arbitaj Məhkəməsi tərəfindən rədd edilib" deyə açıqlamada bildirilir.
Beləliklə, "Qalatasaray" 2016/17 mövsümündə avrokuboklarda iştirak etməyəcək.
Fanat.az