Belhanda "Qalatasaray"ı bu kluba dəyişir

Belhanda "Qalatasaray"ı bu kluba dəyişir
"Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belhanda karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Əl-Hilal" Belhandanı heyətinə qatmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir.
 
"Əl-Hilal" "Qalatasaray"a 5 milyon avro təklif edib. Mərakeşli futbolçu sözügedən klubla 3 illik müqavilə bağlamağa hazırdı.
Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər