Türkiyə Super Liqasında VI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, lider "Qalatasaray" "Bursaspor"un qonağı olub.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərindən Dzon Delarge açıb. 73-cü dəqiqədə Sofiane Fequli bərabərliyi təmin edib. 81-ci dəqiqədə Toqa Ciğerci "Qalatasaray"ın qələbə qolunu vurub.
Bu oyundan sonra "Qalatasaray" 16 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Beşiktaş"ı 3 xal qabaqlayır.
Fanat.Az