Yığmadan göndərilən məşqçi vəzifəsinə qaytarıldı

Yığmadan göndərilən məşqçi vəzifəsinə qaytarıldı

Azərbaycanın kişilərdən ibarət cüdo millisinə yeni təyinat gerçəkləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Mehman Əzizov bundan sonra yığma komandada baş məşqçi Mövlud Mirəliyevin köməkçisi olacaq.

Qeyd edək ki, M.Əzizov daha əvvəl də millidə köməkçi-məşqçi kimi çalışıb. ACF-nin keçmiş rəhbərliyi Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluğu əsas gətirərək, onu ötən ilin avqustunda məşqçilər heyətinin digər üzvləri ilə birlikdə istefaya göndərmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər