Azərbaycan millisi DÇ-də Yaponiyaya uduzaraq mübarizəni dayandırdı

Azərbaycan millisi DÇ-də Yaponiyaya uduzaraq mübarizəni dayandırdı

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan millisi qarışıq komanda yarışında Yaponiya (Japan) seçməsi ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, asiyalılarla 1/8 finalda qarşıkaşan yığmamız 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Cüdoçularımız 1/16 finalda Avstriyaya (Österreich, Austria) 4:0 hesabı ilə yenmişdilər.
Azərbaycanın qadınlardan ibarət yığmasının heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev (Zelim Tckaev), Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Milli Gimnastika Arenasında baş tutan DÇ-nin 8-ci günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qatılıb.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları 7 medalla başa vurub ki, bu da bizim üçün rekorddur. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər