DÇ: Azərbaycan yığması Avstriyanı yenərək Yaponiyaya rəqib oldu

DÇ: Azərbaycan yığması Avstriyanı yenərək Yaponiyaya rəqib oldu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışı ilə yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Təmsilçimizin ilk rəqibi Avstriya (Österreich, Austria) yığması olub. Bu rəqibi 4:0 hesabı ilə üstələyən millimiz 1/8 finalda Yaponiya (Japan) ilə üz-üzə gələcək.
Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokaurinin (hər ikisi +90 kq) adı heyətə salınıb.
Milli Gimnastika Arenasında təşkil edilən mundialın səkkizinci günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə gücünü sınayacaq.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları 7 medalla başa vurub. Bu, yeni rekorddur.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər