Azərbaycan cüdoçuları Asiya Açıq Turnirində 14 medal qazandı

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirində 14 medal qazandı
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirində ümumilikdə 14 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Qazaxıstanda keçirilən yarışda idmançılarımız 1 qızıl, 5 gümüş və 8 bürünc medala sahib olublar.
Yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.
Südabə Ağayeva (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Madina Kaisinova (+78 kq) isə turniri gümüş medalla başa vurub.
Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) bürünc medal əldə edən idmançılarımız olublar.
Yarışın ilk günündə isə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fərid Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnar Bayramov (57 kq) isə bürünc medal qazanıblar.
Asiya Açıq Turniri
Qazaxıstan, Aktau
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər