Vilayət Eyvazovun rütbə verdiyi idmançıdan AÇIQLAMA

Vilayət Eyvazovun rütbə verdiyi idmançıdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə keçmiş cüdoçu Mövlud Mirəliyev  təyin olunub.
Fanat.Az xəbər verir ki, cüdo üzrə Pekin Olimpiya Oyunlarının mükafatçısı Mövlud Mirəliyev bununla bağlı Unikal.org-a açıqlama verib:  
"Mən  Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi vəzifəsinə bir aydan çoxdur təyin olunmuşam.  Ancaq polis polkovnik-leytenantı rütbəsi bir həftədir verilib. Onu da deyim ki, əgər Pekində veteranların yarışı keçirilərsə qatılacam"
Qeyd edək ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər