Tokio-2020: Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Tokio-2020: Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo yarışının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkə əsasən, Azərbaycanın Paralimpiadada mübarizə aparacaq 10 təmsilçisinin də rəqibləri müəyyənləşib. Cüdoçularımızdan səkkizi yarışa 1/4, ikisi 1/8 finaldan qoşulacaq.

Qadınlar

48 kq 1/4 final  Şahanə Hacıyeva – Şizuka Hanqay (Yaponiya)

52 kq 1/4 final Bəsti Səfərova – Yui Fucivara (Yaponiya)

57 kq 1/4 final Sevda Vəliyeva – Dayana Fedossova (Qazaxıstan) - Xaiitxan Hüsənqızı (Qırğızıstan) cütünün qalibi

63 kq 1/4 final Xanım Hüseynova – Liana Mutia (ABŞ)/Hiroko Kudo (Yaponiya) cütünün qalibi

+70 kq 1/4 final Dürsədəf Kərimova – Anastasiya Qarnik (Ukrayna)

Kişilər

60 kq 1/4 final Vüqar Şirinli – Henri Borqes (Uruqvay)/Recep Çiftçi (Türkiyə) cütünün qalibi

66 kq 1/4 final Namiq Abbaslı – Serxio İbanyes Banon (İspaniya)/ Luis Xabdiel Peres (Puerto Riko) cütünün qalibi

81 kq 1/4 final  Hüseyn Rəhimli – Daniel Pauell (Böyük Britaniya)/ Arley Damyan Pereyra Aruda (Braziliya) cütünün qalibi

100 kq 1/8 final Kənan Abdullaxanlı – Şərif Xəlilov (Özbəkistan)

+100 kq 1/8 final İlham Zəkiyev – Cek Hocson (Böyük Britaniya)

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo yarışları 27-29 avqust aralığında "Nippon Budokan" arenasında baş tutacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər